Otelə hücum: 9 nəfər ölüb, 10 nəfər yaralanıbbackend

Otelə hücum: 9 nəfər ölüb, 10 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Somalidə terror təşkilatı Əl-Şəbabın bir otelə hücumu nəticəsində 9 nəfər həyatını itirib.

NOCOMMENT xəbər verir ki, Əl-Şəbab üzvləri paytaxt Moqadişudakı Pearl Beach otelinə hücum ediblər.

Hücumda 9 nəfər həyatını itirib, 10 mülki şəxs yaralanıb. Ölənlər arasında 3 polis də var.

Münaqişədən sonra oteldə olan 84 nəfər xilas edilib.

Təşkilat üzvlərinin otelə basqın etməsinə təhlükəsizlik qüvvələrinin reaksiyasından sonra qarşıdurmada təşkilatın 7 üzvü zərərsizləşdirilib.