Ötən ay 150 milyon manata yaxın istehlak krediti verilibbackend

Ötən ay 150 milyon manata yaxın istehlak krediti verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin noyabr ayının sonuna olan məlumatlara görə, Azərbaycanda istehlak kreditlərinin portfeli 8 milyard 422.9 milyon manat təşkil edib.

NOCOMMENT.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, oktyabr ayının sonu ilə müqayisədə 145,1 milyon manat və ya 1,7% çoxdur. Ötən ayın sonuna olan məlumata görə, Azərbaycanda istehlak kreditlərinin portfeli 8 milyard 277.8 milyon manat olub. Yəni təkcə noyabr ayında Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən əhaliyə 145,1 milyon manat istehlak krediti verilib.

Bununla yanaşı noyabr ayında 118,6 milyon manat biznes kreditləri, 24 milyon manat ipoteka kreditləri verilib.\\Valyuta.az