Ötən ay aşkarlanan minaların sayı açıqlandıbackend

Ötən ay aşkarlanan minaların sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə aylıq məlumatı açıqlayıb.

ANAMA-dan NOCOMMENT-ə verilən məlumata görə, iyulun 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 545, tank əleyhinə 85 mina625 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Nəticədə 6 767 619 m² (677 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.