Ötən ay dünyada 47 000-dən çox insanda vəba AŞKARLANIBbackend

Ötən ay dünyada 47 000-dən çox insanda vəba AŞKARLANIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü ilin sentyabr ayında dünya üzrə 47 000-dən çox vəbaya tutulma halı qeydə alınıb, xəstəlikdən ölüm sayı 580-ə çatıb.

 

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

 

Təşkilatın bülletenində deyilir ki, sentyabr ayında ÜST-nin üç regionunda 14 ölkə, ərazi və bölgədən 47 234 vəbaya tutulma və təxminən 583 ölüm haqqında məlumat daxil olub. Avqust ayı ilə müqayisədə bu ayda çirklənmə hallarının sayı 15% azalsa da, ölüm nisbəti 89% artıb. Əfqanıstanda vəba xəstələrinin sayı 17 856, Sudanda 15 047, Pakistanda 5 521, Nigeriyada 3 615, Yəməndə 2 706 nəfərə çatıb.

 

Ümumilikdə, yanvarın 1-dən sentyabrın 29-dək dünyada 439 724 vəbaya tutulma və 3 432 ölüm halı qeydə alınıb.

 

Xəstəlik ən çox Şərqi Aralıq dənizi hövzəsi və Afrikada qeydə alınıb. Bu günə qədər Əfqanıstanda 140,000-dən çox, Pakistanda 60,000-dən çox, Yəməndə 36,000-dən çox, Konqo Demokratik Respublikasında 25,000-dən çox və Efiopiyada 24,000-dən çox tutulma qeydə alınıb.

 

Qeyd edək ki, vəba çirklənmiş qida və su vasitəsilə yayılan kəskin bağırsaq infeksiyasıdır.