Azərbaycanda ötən gün polis əməkdaşları tərəfindən 25 kiloqrama yaxın narkotik qanunsuz dövriyyədən çıxarılıb.
Bu barədə NOCOMMENT.az -a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 3-də ümumi çəkisi 24,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
!Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”, – məlumatda vurğulanıb.