Ötən həftə aşkarlanan minaların sayı açıqlandıbackend

Ötən həftə aşkarlanan minaların sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.

ANAMA-dan bildirilib ki, azad olunan ərazilərdə 19-25 fevral 2024-cü il tarixi ərzində 44 tank əleyhinə mina, 95 piyada əleyhinə mina, 112 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin, 945.7 hektar ərazi minalardan təmizlənib.