Slovakiyanın baş naziri Robert Fitso güllələnib.
NOCOMMENT.az modern.az-a istinadən xəbər verir ki, hökumətin iclas keçirdiyi Mədəniyyət evinin qarşısında ona hücum edilib.
Baş nazir atışma nəticəsində yaralanıb. Fitsonun xəstəxanaya aparıldığı bildirilir.
Məlumata görə, hadisə hökumətin iclasından sonra baş verib. Hücum edən şəxs saxlanılıb. Polis ərazinin təhlükəsizliyini təmin edib.
Baş nazirin güllələnməsi faktını parlamentin plenar iclasında Slovakiya Milli Şurasının sədr müavini Yuboş Blaha da təsdiqləyib. Parlamentin iclası qeyri-müəyyən müddətə dayandırılıb. Hökumət deputatları hücuma görə müxalifəti günahlandırıb.
Yerli mətbuat yazır ki, Fitso dörd güllə yarası alıb. Baş nazir döş qəfəsindən və mədəsindən yaralanıb. O, hava təcili yardımı vasitəsilə ilə Bratislavadakı xəstəxanaya aparılıb.
Qeyd edək ki, Fitso ötən ilin oktyabr ayında Baş nazir seçilib. O, mayın 7-də Bakıda səfərdə olub.