Ötən il bullinqə məruz qalan uşaqların sayı AÇIQLANDIbackend

Ötən il bullinqə məruz qalan uşaqların sayı AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-ci ildə psixi və ya davranış pozuntuları ilə bağlı ilk dəfə diaqnoz qoyulan, 0-18 yaşa qədər olan uşaqların ümumi sayı 2629 nəfər olub.

NOCOMMENT.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili Şöbəsinin məsləhətçisi Aynurə Zeynalova deyib.

O bildirib ki, 0-13 yaş qrupu arasında isə bu rəqəm 1946 olub:

“Təəssüf ki, bu rəqəmlər ilbəil artmağa doğru gedir. Ən çox bullinqə məruz qalanlar yeniyetməlik dövründə olan uşaqlar olur. Bu uşaqların keçid dövründə mühit dəyişikliyi onlara yaxşı təsir etmir. Mən öz qızımı misal çəkə bilərəm. Övladım 5-ci sinfin yarısından məktəbini dəyişmişdi və bu zaman o bullinqə məruz qalmışdı. Yeni sinif yoldaşları onun necə yoldaş olduğunu yoxlamaq istəyirdilər. Mən uşağımın məktəbə getmək istəməməsindən, səssiz oturmasından və məktəbi dəyişmək istəyindən bunu anlamışdım. Başa düşmüşdüm ki, yeni sinifdə bir neçə lider olan qızlar arasında ona qarşı qəribə münasibət olub. Sinif rəhbəri ilə söhbət apardıq və bu problemi müsbətə doğru həll etdik. Artıq yeni sinif yoldaşları onu qəbul etdi və mövcud problem aradan qalxdı.

Bəzən uşaqların “mənə lağ etdilər” sözü biz böyüklər üçün adi gələ bilər. Amma buna diqqət ayırmaq lazımdır. Xüsusilə pandemiya dövründə bu məqamlara rast gəlinirdi”.