Ötən il ən çox ödəniş edən sığorta şirkətləri – TOP 5backend

Ötən il ən çox ödəniş edən sığorta şirkətləri – TOP 5

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü ildə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri (lisenziyası ləğv edilmiş sığortaçılar da daxil olmaqda) toplamda 752 milyon 712  min manat ödəniş həyata keçiriblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata əsasən, şirkətlərin topladığı sığorta haqqı isə 1 milyard 353 milyon 185 min manat təşkil edib.

Şirkətlər arasında ən çox sığorta haqqı toplayan və ən çox sığorta ödənişi həyata keçirən şirkət “Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti olub. Belə ki, şirkət ötən ilin yanvar-dekabr aylarında 594 milyon 399 min manat sığorta haqqı toplayıb. Ödənilən sığorta ödənişlərinin həcmi isə 418 milyon 779 min manat təşkil edib.

Siyahıda II yerdə “Paşa Sığorta” Açıq Səhmdar Cəmiyyəti dayanıb. 1 il ərzində  317 milyon 560 min manat toplayan şirkət 141 milyon 292 ödəniş edib.

İlk üçlüyü isə  90 milyon 939 min manat yığım edib 53 milyon 230 min manat ödəniş həyata keçirən “Atəşgah Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tamamlayıb.

“Qala Sığorta” Açıq Səhmdar Cəmiyyəti və “Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti isə ilk beşliyi tamamlayan şirkətlər olub.

Aşağıdakı cədvəldən bütün siyahı ilə tanış ola bilərsiniz:\\Valyuta.az

 

Sığortaçının adı Sığorta haqları
(min manat)
Sığorta ödənişləri
(min manat)
“Paşa Həyat Sığorta” ASC 594,399 418,779
“Paşa Sığorta” ASC 317,560 141,292
“Atəşgah Həyat” Sığorta Şirkəti ASC 90,939 53,230
“Qala Sığorta” ASC 79,351 17,351
“Atəşgah” Sığorta Şirkəti ASC 76,436 29,018
 “Meqa Sığorta” ASC 36,217 15,699
“Qala Həyat”  Sığorta Şirkəti ASC 25,677 4,279
“Azərbaycan Sənaye Sığorta” ASC 24,943 12,099
“Xalq Sığorta” ASC 24,699 9,951
“A-Qroup Sığorta Şirkəti” ASC 18,717 13,875
Aqrar Sığorta ASC 14,080 6,408
Meqa Həyat Sığorta ASC 11,640 1,028
Xalq Həyat Sığorta Şirkəti ASC 11,366 5,937
“AtaSığorta” ASC 10,394 4,297
“AzSığorta” ASC 9,019 1,527
“İpək Yolu Sığorta” ASC 6,210 256
“Bakı Sığorta” ASC 1,538 1,730