Ötən il ən çox qol vuran afrikalı futbolçular bəlli olubbackend

Ötən il ən çox qol vuran afrikalı futbolçular bəlli olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-cü ildə ən çox qol vurmuş afrikalı futbolçular açıqlanıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, siyahını Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası hazırlayıb.

Birinci pillədə ABŞ-nin “Los-Anceles” komandasında çıxış edən qabonlu Denis Buanqa qərarlaşıb. O, millidə və klubunda 40 qola imza atıb.

İngiltərənin “Liverpul” klubunun misirli hücumçusu Məhəmməd Salah (36 qol) ikincidir.

Qətərin “Əl-Duhail” kollektivindən keniyalı Maykl Olunqa və Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi “Əl-Əyn”dən toqolu Koco Fo-Doh Laba (hər ikisi 35 qol) növbəti pillələrdə yer alıblar.