Ötən il Naxçıvanda yeni açılan iş yerlərinin sayı məlum oldubackend

Ötən il Naxçıvanda yeni açılan iş yerlərinin sayı məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən il Naxçıvan Muxtar Respublikasında özəl və dövlət maliyyə dəstəyi olmaqla sənaye üzrə 24 sahənin yaradılması başa çatdırılıb.

NOCOMMENT.az xəbər verir ki, muxtar respublikada 254 yeni iş yeri açılıb.

Hazırda iqtisadi fəaliyyətin müxtəlif sahələrində 47 layihə reallaşdırılır ki, bunlar da Şərur Sənaye Məhəlləsi, “Naxçıvan Xalça və İplik İstehsalı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, yeni duz istehsalı kimi iri müəssisələrdir.

Qeyd edək ki, ötən il sənaye sahəsi üçün ayrılan kreditlər hesabına yeni salfet istehsalı sahəsinin yaradılması, Naxçıvan şərab müəssisəsinin fəaliyyətinin bərpa edilməsi, “Naxplast” Məhdud Məsuliyyətli Cəmiyyəti və Babək “Sirab” ASC tərəfindən yeni avadanlıqların alınması da təmin olunub.
Report