2024-cü ilin 1 yanvar-31 dekabr aralığında Azərbaycandan ümumi dəyəri 14 mlrd. 437 mln. 355.99 min ABŞ dolları dəyərində xam neft ixrac olunub.
NOCOMMENT.az xəbər verir ki, bu əvvəlki illə müqayisədə təxminən 11.1 % və ya 1 mlrd. 803 mln. 473.64 min dollar daha azdı. 2023-cü ildə bu rəqəm 16 mlrd. 240 mln. 829.63 min dollar idi.
Ötən il xam neftin ixrac edildiyi ölkələrin siyahısına 10 mlrd. 950 mln. 355.57 min ton neft ixracı ilə İtaliya başçılıq edir. Bu ixracdan əldə olunan gəlir 6 mlrd. 754 mln. 416.21 min ABŞ dolları təşkil edib.
Xatırladaq ki, 2022-ci ildə İtaliyaya 8 mlrd. 902 mln. 201.85 min ton ixracdan 6 mlrd. 640 mln. 524.17 min ABŞ dollar əldə edilib.
Siyahıda II yeri 1 mlrd. 770 mln. 234.87 min ton neftlə Çexiya, III yeri isə 1 mlrd. 436 mln. 178.46 min ton neftlə Xorvatiya tutub. Bu ölkələrə neft ixracından əldə edilən gəlir müvafiq olaraq 1 mlrd. 81 mln. 932.85 min ABŞ dolları və 873 mln. 398.61 min ABŞ dolları olub. Qeyd edək ki, 2023-cü ildə Çexiyaya 1 mlrd. 135 mln. 964.61 min ton, Xorvatiyaya isə 975 mln. 165.93 min ton neft ixrac olunub.
İlk beşliyi isə 1 mlrd. 168 mln. 876.01 min tonla Hindistan və 1 mlrd. 164 mln. 752.04 min tonla Almaniya tamamlayıb. Bu ölkələrə ixracdan isə müvafiq olaraq 729 mln. 796.92 min ABŞ dolları və 726 mln. 14.74 min ABŞ gəlir əldə edilib.
Digər ölkələrlə isə aşağıdakı siyahıdan tanış ola bilərsiniz:\\Valyuta.az
№ | Ölkənin adı | Miqdar (ton) | Statistik dəyər (min ABŞ dolları) |
6 | İsrail | 1 173 002.75 | 713 268.03 |
7 | Portuqaliya | 1 005 213.63 | 631 169.31 |
8 | Rumıniya | 750 196.86 | 437 801.43 |
9 | Böyük Britaniya | 659 515.53 | 396 129.55 |
10 | Tunis | 446 158.56 | 279 670.09 |
11 | Tailand | 376 876.12 | 234 238.66 |
12 | Türkiyə | 430 522.14 | 232 411.46 |
13 | Yunanıstan | 368 732.32 | 224 266.99 |
14 | İndoneziya | 310 833.01 | 178 463.01 |
15 | Serbiya | 241 179.61 | 151 905.17 |
16 | İspaniya | 250 395.80 | 142 979.29 |
17 | İrlandiya | 236 571.80 | 139 774.60 |
18 | Niderland | 168 985.69 | 106 838.99 |
19 | Fransa | 152 571.03 | 88 203.85 |
20 | Uruqvay | 138 719.62 | 85 099.83 |
21 | Vyetnam | 138 495.13 | 77 885.77 |
22 | Polşa | 90 150.50 | 57 363.56 |
23 | Avstriya | 85 868.91 | 47 903.69 |
24 | Bolqarıstan | 80 853.09 | 45 989.25 |
25 | Özbəkistan | 893.2 | 434.09 |
Valyuta.Az |