Ötən il nikaha daxil olmaq istəyənlərdə üzə çıxan xəstəliklər açıqlanıbbackend

Ötən il nikaha daxil olmaq istəyənlərdə üzə çıxan xəstəliklər açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2019-cu il ərzində nikaha daxil olmaq istəyən 126 min insanın qan nümunəsi müayinə olunub.

NOCOMMENT.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2019-cu il fəaliyyəti haqqında hesabatında qeyd edilib. Onların arasında 3393 talassemiya daşıyıcısı, 135 nəfərdə qazanılmış immun çatışmazlığı sindromu (QİÇS), 297 nəfərdə sifilis xəstəliyi aşkar edilib.

Müayinə olunanların arasında talassemiyalı 43 cütlük aşkar edilib. Bu cütlüklərdən hamilə qalmış qadınların hər birindən götürülmüş döl materiallarının müayinəsi aparılıb, 19 sağlam, 31 daşıyıcı, 15 xəstə döl aşkarlanıb.