Ötən il ölkədə 90 mindən çox yeni iş yeri açılıb – Rəsmibackend

Ötən il ölkədə 90 mindən çox yeni iş yeri açılıb – Rəsmi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü il ərzində ölkədə 91,7 min yeni iş yerləri açılıb. 

NOCOMMENT.az bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, yeni açılan iş yerlərinin ən böyük hissəsi Bakı şəhərində olub. Belə ki, yeni iş yerlərinin 75,2 %-i Bakı şəhərinin, 2,4 %-i Naxçıvan Muxtar Respublikasının payına düşüb.

22,4 %-i isə digər regionların, o cümlədən 4,7 %-i Abşeron-Xızı, 2,7 %-i Gəncə-Daşkəsən, 2,5 %-i Qarabağ, 2,5 %-i Quba-Xaçmaz, 2,2 %-i Şirvan-Salyan, 2,0 %-i Lənkəran-Astara, 1,3 %-i Qazax-Tovuz, 1,3 %-i Şəki-Zaqatala, 1,2 %-i Mərkəzi Aran, 1,0 %-i Şərqi Zəngəzur, 0,7 %-i Mil-Muğan, 0,3 %-i isə Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb.

Qeyd edilib ki, yeni açılmış iş yerlərinin;

~ 85,9 %-i mövcud müəssisə və təşkilatlarda,

13,0 %-i yeni yaradılmış müəssisə və təşkilatlarda,

0,4 %-i fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda,

0,7 %-i isə digər tədbirlər üzrə yaradılıb.

Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 24,1 %-i tikinti, 17,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 10,5 %-i emal sənayesi, 8,4 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 7,2 %-i peşə, elmi və texniki fəaliyyət, 6 %-i nəqliyyat və anbar təsərrüfatı, 4,5 %-i təhsil, 3,9 %-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3,5 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,3 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 2,3 %-i informasiya və rabitə, 8,9 %-i isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.

Bəs ölkədə ötən il neçə iş yeri bağlanıb? 

Dövlət Statistika Komitəsinin təqdim etdiyi statistik göstəricilərə əsasən ötən il ölkədə ölkədə 15,9 min iş yeri bağlanıb.

Bu dövrdə bağlanmış iş yerlərinin 69.9 %-i dövlət sektorunun, 30,1 %-i isə qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 29,7 %-i müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 70,3 %-i isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.\\Valyuta.az