Ötən il övladlığa verilən uşaqların sayı açıqlanıbbackend

Ötən il övladlığa verilən uşaqların sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-ci il ərzində övladlığa verilən uşaqların sayı açıqlanıb.

NOCOMMENT.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ötən il ümumilikdə 22 uşaq övladlığa götürülüb, onlardan 10-u qız, 12-si oğlandır.

Övladlığa götürülmüş uşaqlardan 10-u 0-3, 11-i 4-11, 1-i isə 12-18 yaş aralığındadır.

Uşaqlardan 17-si yaxın qohumlar tərəfindən, 1-i müəssisədən, 2-si ögey ana və ya ata tərəfindən, 2-si valideynlər arası qarşılıqlı razılıq əsasında övladlığa götürülüb.