Ötən il siyasi partiyalara ayrılan vəsaitin MƏBLƏĞİbackend

Ötən il siyasi partiyalara ayrılan vəsaitin MƏBLƏĞİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-ci ildə Azərbaycanda dövlət büdcəsindən siyasi partiyalara 3,6 milyon manat maliyyə yardımı ayrılıb.

Bu barədə NOCOMMENT.az-a Maliyyə Nazirliyindən məlumat verilib.

Həmçinin, ötən il kütləvi informasiya vasitələrinin (“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Mir” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyi, Milli Televiziya və Radio Şurası, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu) fəaliyyətinin təmin olunması məqsədilə dövlət büdcəsindən üst-üstə 50,6 milyon manat vəsait yönəldilib.