Ötən ilə nisbətən büdcə xərclərimizdə 4,4% artım olub – əsasən sosialyönümlü xərclər təşkil edibbackend

Ötən ilə nisbətən büdcə xərclərimizdə 4,4% artım olub – əsasən sosialyönümlü xərclər təşkil edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-ci ilin birnici rübündə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 100,8 faiz və yaxud 5254,8 mln. manat icra edilib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 218,9 mln. manat və ya 4,4 faiz çoxdur.

Maliyyə Nazirliyindən NOCOMMENT.az-a verilən məlumata görə, cari ilin ilk üç ayında dövlət büdcəsi xərclərinin 48 faizi və ya 2519,8 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,7 faiz və ya 415,3 mln. manat çoxdur.

2020-ci ilin birinci rübündə dövlət büdcəsi xərclərinin 3919,9 mln. manatı və ya 74,6 faizi cari xərclərə, 930,3 mln. manatı və ya 17,7 faizi əsaslı xərclərə, 404,6 mln. manatı və ya 7,7 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilmişdir.