Ovannisyan: Bu halda Əliyevin hər sözünə hə deyəcəyikbackend

Ovannisyan: Bu halda Əliyevin hər sözünə hə deyəcəyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda yeni səhifəni yalnız məğlubiyyət simvolunu (Paşinyanı nəzərdə tutur) ortadan qaldırmaqla açmaq olar.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Alternativ Layihələr Qrupunun nümayəndəsi Vahe Ovannisyan deyib.

“Əgər Ermənistanda hakimiyyət dəyişməsə, demək ki, biz özümüzə və ölkəmizə yeni səhifə üçün şans vermirik. Bu, həmçinin Əliyevə etimad votumu ifadə etməyimiz deməkdir. Evdə qalaraq, Əliyevin bütün proqramlarına, yeni alçalmalara “hə” demiş olarıq”, – deyə o bildirib.