Ovannisyan: Paşinyan xalqın qarşısında tövbə dilənəcəkbackend

Ovannisyan: Paşinyan xalqın qarşısında tövbə dilənəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nikol Paşinyanın dövlət quruculuğu sistemi “mükəmməl” işləyib. O artıq şüurlu şəkildə əsgər qatilinə, qardaş qırğınının baiskarına və vətənpərvərlərin sonunu gətirən bir şəxsə çevrilib”.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bu sözləri “İrs” partiyasının lideri, Ermənistanın keçmiş xarici işlər naziri Raffi Ovannisyan deyib. “Mən həmişə yaxşılığı başqalarında, yanlışlıq prezumpsiyasını isə özümdə axtarmışam.

Mən, əsasən, susmuşam, soydaşlarıma qapı açıb, onlara təvazökar imkanlar verib, onları qandan uzaqlaşdırıb, susmuşam. Ümid edirəm ki, zamanla hər kəs öz səhvini, axmaqlığını görüb, özünü düzəldəcək.

Ömrümdə vətənimizin faciəli tarixinin, sınaqlarının şahidi olaraq, məncə, artıq bunları səssizcə deməyə haqq qazanmışam. Artıq bəhanələr, yalanlar, vədlər yoxdur. Onun mövcudluğuna görə hazırda ümummilli konsolidasiya qeyri-mümkündür.

Ya bizdən qalanlar, eləcə də onun indiki və keçmiş dostları, habelə əleyhdarları ayağa qalxacaq və Paşinyan xalqın qarşısında bağışlanma, o cümlədən tövbə diləndikdən sonra millətin mövcud vəziyyətinə vahid həll yolu verəcək, ya da xalqın özü xalqın son ümidi kimi dövlətimizi nicat sahilinə çıxaracaq”.