Ovannisyanın dünyanı dəhşətə gətirən hərbçisi – FOTObackend

Ovannisyanın dünyanı dəhşətə gətirən hərbçisi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Ovannisyan brifinq zamanı dünyanı “şoka salan” hərbçisini nümayiş etdirib. Daha doğrusu, bu “bənzərsiz” hərbçi təsadüfən kameralara yaxalanıb. Məlum olub ki, Ermənistan onu hərbi sirr kimi gizlədirmiş. Amma qəfildən obyektivə tuş gəlib… və gündəmə quş gəlib, bir yekə başıboş gəlib.

NOCOMMENT axar.az-a istinadən bildirir ki, ayağında gülləkeçirməz çəkələk olan bu “superhərbçi” gözləri ilə istənilən hədəfi yandıra bilir. Sən demə, o gün Hadrut qaçqını Şuşan Stepanyanın Ordumuza yönəlik hədəli açıqlamasının arxasında məhz bu “terminator” dayanırmış.

Paşinyanın sirr kimi gizlətdiyi bu “dəhşətli” hərbçinin üzə çıxması baş naziri hiddətləndirib. Nikol dərhal əmr verib və deyib ki, tez onun çəkələklərini çıxarın və dabanlarını hazır vəziyyətdə saxlayın, gəlirəm!

Yox, Nikol onu falaqqaya yatırmayacaq, öz sevimli işini görəcək. Onun sevimli məşğuliyyətinin nə olduğunu artıq Ali Baş Komandanımız deyib.

Ermənistanın milli çəkələk qəhrəmanı bu məsələdən sonra Paşinyana deyib ki, mənim şəpitlərimi geyinə bilərsən, amma mənim getdiyim yolu gedə bilməzsən.

Son məlumata görə, Ermənistan ordusunda bütün çəkələklər hazır vəziyyətə gətirilib.

artsrun ovannisyan