Overçuk Bakıdan İrəvana getdibackend

Overçuk Bakıdan İrəvana getdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya baş nazirinin müavini Aleksey Overçuk Bakıdan İrəvana gedib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Onu hava limanında baş nazirin müavini Mher Qriqoryan qarşılayıb. Onlar birlikdə baş nazir Nikol Paşinyanla bu dəqiqə baş tutan görüşə gediblər.

Qarabağ üzrə üçtərəfli işçi qrupunun fəaliyyəti, xüsusilə Ermənistan və Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının blokunun açılması ilə bağlı məsələlər müzakirə olunacaq.

Axşam saatlarında Overçuk Ermənistan paytaxtını tərk edəcək.

Qeyd edək ki, bu gün Overçuk Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.
publika.az