Övladınızın daha ağıllı olmasını istəyirsinizsə, bunlara əməl edinbackend

Övladınızın daha ağıllı olmasını istəyirsinizsə, bunlara əməl edin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uşaqların inkişafında onlara diqqət önəmli faktordur. Övladlarınızın daha ağıllı olması üçün mütəxəssislər bir sıra məsləhətlər irəli sürüblər.

NOCOMMENT.az mütəxəssislərin tövsiyyələrini sizə təqdim edir:

Şirniyyatı dayandırın

Şəkər, trans yağlar və digər zərərli qidaları dayandırıb uşağınıza ancaq yüksək vitaminli qidaları verin. Özəlliklə ilk iki ildə onların düzgün qidalanmasına diqqət edin.

Ana südü

Məlumdur ki, ana südünün körpələr üzərində çox böyük faydası var. İnfeksiyaların qarşısını alır, körpələrin daha sağlıqlı və zehinli olmalarına kömək edir.

Beyin oyunları

Beyini inkişaf etdirən  – şahmat, krossvord, kriptoqram, leqo kimi məşğuliyyətlərə üstünlük vermək. Bu tip oyunların həm də əyləncəli tərəfləri də var.

Səhər yeməyi

1970-ci ilədək edilən araşdırmalar belə sübut edib ki, sağlıqlı səhər yeməyi yaddaş, diqqət, tez öyrənmək qabiliyyətlərini inkişaf etdirir. Məlumata görə, həmçinin səhər yemək yeməyən uşaqlar tez əsəbləşir və daha tez yorulurlar.

Özgüvənli olmağı öyrədin

Psixoloqlar özəlliklə ərgənlik dönəmində valideynlərin övladlarına özgüvənli olmağa kömək etmələrini məsləhət görürlər. Bunun üçün həmin uşaqları qrup idmanlarına və ya sosial fəaliyyətlərə yazdırmaq daha məqsədə uyğun hesab olunur.

Maraq

Mütəxəssislər valideyinlərin uşaqların maraq və yenilikləri kəşf etmək istəklərini dəstəkləməklərini gərəkli olduğunu bildiriblər. Tez-tez uşaqlara suallar verərək hobbilərini, maraq dairələrini öyrənin.

Musiqi

Toronto Universitetinin araşdrmalarına görə musiqi dərsləri uşaqların İQ səviyyəsini və akademik performansını inkişaf etdirir. Zaman keçdikcə isə aldığı dərslərin təsiri özünü daha çox göstərir.

Oxumaq

Son dövrlərdə çıxan texnoloji yeniliklərə görə bu vərdişi qətiyyən təxirə salmayın. Körpə vaxtından övladınıza kitab oxuyun daha sonra onun bu vərdişə yiyələnməsinə kömək edin.

İdman

Məktəb vaxtlarından idmanla məşğul olan uşaqların akademik performansları və özgüvənləri daha yüksək olur. Ona görə də uşaqlarınıza televizora baxmağa icazə verməkdənsə, idmanla məşğul olmasına şərait yaradın.

Video oyunlar

Video oyunları haqqında yaxşı fikirlər olmasa da, ancaq bu tip oyunlar uşaqların planlı düşünmə qabiliyyətini inkişaf etdirməyə kömək edir.

Jalə Bədirova