Övladlarının fotolarını sosial şəbəkədə paylaşanlara pis xəbərbackend

Övladlarının fotolarını sosial şəbəkədə paylaşanlara pis xəbər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada uşaqlarının fotolarını paylaşaraq sosial şəbəkələrdə bəyənmə qazanmağa çalışan valideynlər artıq Fransa parlamenti tərəfindən qanunla məhdudlaşdırıla bilər.

NOCOMMENT xəbər verir ki, Prezident Makron hökuməti tərəfindən dəstəklənən xüsusi qanun layihəsi övladlarını paylaşaraq bəyənmə, izləyici və hətta pul qazanan valideyn fenomenlərini hədəfləyir.

Fransız valideynlərin yarıdan çoxu uşaqlarının fotolarını sosial şəbəkələrdə paylaşır. Hər on adamdan doqquzu beş yaşından kiçik uşaqların fotosunu paylaşır. Aparılan sorğuya görə, 13 yaşına qədər orta hesabla 1300 uşağın şəkli sosial şəbəkələrdə paylaşılır.

Millət vəkili Bruno Studer valideynlərin azyaşlı uşaqlarını ifşa etməsi və onları tez-tez təhqirlərə məruz qoyması ilə bağlı şikayətlərə cavab olaraq qanun layihəsini müzakirə etdiklərini deyib.