Övladlığa verilən uşaqların sayı AÇIQLANDIbackend

Övladlığa verilən uşaqların sayı AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin (SXA) verdiyi məlumata görə cari ildə 100 uşaq övladlığa verilib.

NOCOMMENT.az Sfera.az-a istinadən xəbər verir ki, onlardan 46 nəfəri oğlan, 54 nəfəri qızdır.

Bildirilib ki, uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətinin öyrənilməsi üçün onlar 18 yaşına çatanadək övladlığagötürmənin birinci ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə olmaqla monitorinqlər aparılır.

Agentlik tərəfindən reinteqrasiya tədbirləri də davam etdirilir. Həmin tədbirlər nəticəsində bu il dövlət uşaq müəssisələrindən 75-i oğlan, 64-ü qız olmaqla 139 uşaq öz ailələrinə qaytarılıb.