Oxçuçayı çirkləndirən mer həbs olundubackend

Oxçuçayı çirkləndirən mer həbs olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Sünik (Zəngəzur) vilayətinin Kaçaran şəhərinin meri Manvel Paramazyan həbs edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə merin vəkili Lusine Saakyan məlumat verib.

Vəkil müdafiə tərəfinin hazırda həbsin qanunsuzluğuna etiraz etdiyini, ancaq istintaqın merin həbsi üçün vəsatət qaldırdığını bildirib.

Qeyd edək ki, iyulun 8-də MTX-nin əməkdaşları M.Paramazyanın mənzilində axtarış aparıblar. Həmin gün Zəngəzur Mis-molibden kombinatında da axtarış həyata keçirilib.

Bir müddət öncə Zəngəzur mis-molibden kombinatı Oxçuçayı sənaye tullantıları ilə çirkləndirməklə gündəmə gəlib.
Axar.az