backend

Oynaq sağlamlığı üçün yumurta və ət lazımdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Yumurta və əti müəyyən qədər normada qəbul etdikdə. orqanizmə zərər vermir. Hətta müəyyən orqan və problemlərə xeyirli təsir göstərir.
NOCOMMENT Medicina-ya istinadən xəbər verir ki, protein qidaları bədəni amin turşuları ilə təmin edir.
Həkim – diyetoloq Tatyana Volkovanın sözlərinə görə, qidalanma oynaqların vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir.
Oynaqların sağlamlığı üçün zülal, C vitamini, B vitaminləri, dəmir, mis və sinklə zəngin qidaları qəbul edin.
Oynaqlarda qığırdaq meydana gəlməsinə kömək etmək üçün elastin və kollagenə ehtiyacı var. Öz növbəsində, bədəni protein məhsulları ilə təmin edən amin turşuları elastin və kollagenin istehsalına kömək edir.
Beləliklə, mal əti, quş əti, jelatin, yumurta və süd məhsullarının kifayət qədər istehlakı oynaqların sağlamlığı üçün faydalı olacaqdır.
Qızılbalıq, tuna, sardina, midye, karides, sərt pendirlər oynaqları yaxşı vəziyyətdə saxlamağa kömək edir.
Oynaqlarda iltihabi proseslərin qarşısını almaq üçün Omeqa 3 lazımdır. O isə ən çox soyuq suda yaşayan dəniz balıqlarının yağlı sortlarında – qızılbalıq, siyənək, skumbriyada olur.
Müəyyən miqdarda su içmək də oynaqların qığırdaq toxumasının kifayət qədər elastik qalması üçün vacibdir.