Öz əxlaqsız əməllərinə görə cavab verəcəklər – Siyavuş Novruzovdan SƏRT REAKSİYAbackend

Öz əxlaqsız əməllərinə görə cavab verəcəklər – Siyavuş Novruzovdan SƏRT REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Təəssüf hissi və hiddətlə bildirirəm ki, sosial şəbəkələrdəki bəzi səhifələrdə mənim adımdan həqiqətə uyğun olmayan – reallığı əks etdirməyən sözlər yayılır”.

NOCOMMENT.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov öz “Facebook” hesabında yazıb.

O bildirib ki, benzin və çörəyin bahalaşması ilə bağlı hansısa jurnalistə açıqlama verməyib:

“İddia olunur ki, guya mən benzin və çörək barədə hər hansı ifadələr səsləndirmişəm. Qətiyyətlə bildirirəm ki, heç bir jurnalist mənə bu barədə sual ünvanlamayıb və təbii ki, mən heç bir fikir bildirməmişəm.

Dezinformasiya yaymaqla populyarlıq qazanmağa çalışan həmin sosial şəbəkə səhifələrinin bu cür ikrah doğuran hərəkətləri məsuliyyətsizlik, ləyaqətsizlik və əxlaqsızlıqdır.

Bu, eyni zamanda, hüquqi məsuliyyət doğurur. Bundan əvvəl etdiyim xəbərdarlığa məhəl qoyulmamasını nəzərə alaraq, birmənalı şəkildə bildirirəm ki, məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edəcəm. Bu cür çirkin metodlardan və ucuz vasitələrdən istifadə edənlər öz əxlaqsız əməllərinə görə qanun qarşısında cavab verəcəklər”.

Qeyd edək ki, Siyavuş Novruzovun adından paylaşılan aşağıdakı fikirlər tənqidlərə səbəb olub.