Öz qızına 4 il təcavüz edən ataya 65 il həbs cəzasıbackend

Öz qızına 4 il təcavüz edən ataya 65 il həbs cəzası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ankarada santexnik işləyən B.D. 2015-ci ildə 15 yaşlı qızı M.D.-yə (23) cinsi təcavüz edib.

NOCOMMENT.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, B.D (49) qızına “Bu hadisəni anana desən, səni və qardaşını öldürəcəm” deyərək hədələyib.Hadisədən sonra getdikcə kökələn M.D., anasına sevgilisindən hamilə qaldığını bildirib.Bundan sonra M.D ailəsi ilə birlikdə özəl klinikaya gedib və körpəni abort etdirib.

Lakin M.D 2016-cı ildə növbəti dəfə atasının cinsi istismarına məruz qalaraq yenidən hamilə qalıb. Bu hamiləlikdən M.D. qız uşağı dünyaya gətirib və doğuşdan dərhal sonra körpəsini övladlığa verib. 4 il atası tərəfindən cinsi istismara məruz qalan M.D. sonunda 2019-cu ildə vəziyyəti anasına danışıb.

Ana və qızının şikayəti əsasında saxlanılan B.D məhkəmə tərəfindən həbs edilib.