Bektəmir rayon məhkəməsi (Daşkənd, Özbəkistan) 1988-ci il təvəllüdlü bir vətəndaşı ictimai asayişi pozduğuna görə 1 milyon 236 min som (təxminən 100 dollar) məbləğində cərimə edib.
NOCOMMENT.az xəbər verir ki, məhkəmənin qərarına səbəb həmin şəxsin sərxoş halda polisə zəng edərək ABŞ Prezidenti Donald Trampı Venesuela lideri Nikolas Maduronu “qaçırmaqda” ittiham etməsi olub.
Özbəkistan Ali Məhkəməsinin mətbuat xidmətinin verdiyi məlumata görə, vətəndaş Cinayət-Prosessual Məcəllənin 199-cu maddəsi ilə təqsirli bilinib. Bildirilib ki, o, təcili xidmətləri bilərəkdən çağırtmaqla və DİN əməkdaşlarının qanuni çağırışlarına tabe olmamaqla hüquq pozuntusuna yol verib.
Sara










