Özbəkistan prezidenti Mirziyoyev Ərdoğanı təbrik edibbackend

Özbəkistan prezidenti Mirziyoyev Ərdoğanı təbrik edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistan Prezidenti Şevkət Mirziyoyev prezident Rəcəb Tayyib Ərdoğanı uğurlu prezident seçilməsi və parlamentin 28-ci dönəmi münasibətilə təbrik edib.

NOCOMMENT xəbər verir ki, Özbəkistan Prezident Aparatından verilən məlumata görə, prezident Şevkət Mirziyoyev prezident Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək, prezident və millət vəkili seçkilərinin uğuru münasibətilə təbrik edib.

Telefon danışığında Mirziyoyev bildirib ki, seçkilərin nəticələri qardaş Türkiyə xalqının prezident Ərdoğanın rəhbərliyi altında aparılan siyasi dəyişikliklərə və iqtisadi islahatlara geniş dəstəyinin göstəricisidir.