Özbəkistanın Kazandakı Baş Konsulluğu Rusiyadakı həmvətənlərinə müraciət edərək, Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlanarsa, cinayət məsuliyyətinə cəlb olunacağını xatırladıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə UzDaily.uz məlumat yayıb.
Konsulluq xatırladıb ki, Özbəkistan vətəndaşı başqa dövlətin tərəfində iştirak edərsə, o, cinayət maddəsi ilə, yəni Özbəkistan Cinayət Məcəlləsinin 154-cü maddəsi ilə cəzalandırıla bilər.
Bu halda, hərbi əməliyyatlarda iştiraka görə, pozucunu 5 ildən 10 ilə qədər həbs gözləyir. Bu maddənin birinci bəndində başqa ölkənin dövlət təhlükəsizlik orqanlarında, habelə polis orqanlarında xidmətə görə cəza nəzərdə tutulur. Buna görə vətəndaş üç ilədək həbs cəzası ala bilər.