Özbəkistan vətəndaşlarının Rusiya Federasiyasına girişinin gecikməsindən şikayətlənibbackend

Özbəkistan vətəndaşlarının Rusiya Federasiyasına girişinin gecikməsindən şikayətlənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistan vətəndaşları Moskvanın Şeremetyevo hava limanı vasitəsilə Rusiyaya daxil olarkən hava limanı xidmətlərinin apardığı “əlavə və uzunmüddətli yoxlamalar” səbəbindən çətinliklərlə üzləşirlər.

NOCOMMENT.az xəbər verir ki, Özbəkistanın Moskvadakı səfirliyi vəziyyəti aydınlaşdırmaq üçün Rusiya Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb.

Özbəkistan səfirliyi Şeremetyevo hava limanının sərhəd xidmətləri ilə daimi əlaqə saxladığını vurğulayıb.

Moskvadakı özbək diasporunun rəhbəri Baxrom İsmayılov nəşrə bildirib ki, təşkilat Özbəkistan vətəndaşlarından tranzit zonadakı ağır şərait və Rusiyaya buraxılmayanlar üçün ərzaq çatışmazlığı ilə bağlı videoreportajlar alır.

Onun sözlərinə görə, bu vəziyyət iki həftədir ki, davam edir və vətəndaşlar tranzit zonada bir neçə gün qala bilirlər. İsmayılov həmçinin iddia edir ki, Özbəkistandan gələn sərnişinlərin orta hesabla 20%-i hava limanında saxlanılır. Miqrasiya üzrə ekspert Vadim Kojenov da sərhəd nəzarəti ilə bağlı problemlərin olduğunu təsdiqləyib və qeyd edib ki, sənədlərin yoxlanılması 5-6 saatdan çox çəkmir.