Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qələbənin 80 illiyi ilə əlaqədar İkinci Dünya müharibəsi veteranları və əlilləri üçün 10 min ABŞ dolları məbləğində birdəfəlik pul mükafatı təsis edib.
NOCOMMENT.az xəbər verir ki, sənəd dövlət başçısının saytında dərc olunub.
Sərəncamda qeyd olunur ki, İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi ilə əlaqədar hər bir iştirakçıya və müharibə əlilinə 10 min ABŞ dolları məbləğində müavinət verilsin.
Bundan başqa, İkinci Dünya Müharibəsi iştirakçılarına bərabər tutulan şəxslərə 25 milyon sum (təxminən 2 min dollar), 1941-1945-ci illər müharibəsi zamanı əmək cəbhəsi iştirakçılarına isə üç milyon sum (230 dollar) məbləğində müavinət veriləcək.