Özbəkistanda kişi niqab taxdığına görə cərimələnibbackend

Özbəkistanda kişi niqab taxdığına görə cərimələnib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistanda Əndican sakini qadın geyimi və niqab geyindiyinə görə cərimələnib.

NOCOMMENT.az xəbər verir ki, Əndican vilayət polis idarəsinin məlumatına görə, kişi 5,1 milyon som (405 dollar) ödəməlidir.

Onun barəsində inzibati protokol tərtib edilib. Qadın paltarı geyinən kişinin motivləri məlum deyil.

Keçən ilin noyabrında ölkədə insanın tanınmasını çətinləşdirən, üzü tamamilə örtən paltarın geyinilməsini qadağan edən düzəlişlər qüvvəyə minib. Bu pozuntuya görə ondan 15 əsas hesablama vahidinə (270-405 ABŞ dolları) cərimə nəzərdə tutulur.