Özəl pensiya fondlarının yaradılması praktikası araşdırılır – Rəsmibackend

Özəl pensiya fondlarının yaradılması praktikası araşdırılır – Rəsmi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Növbəti il üçün fondun gəlirlərində risk gözləmirik.

NOCOMMENT xəbər verir ki, bunu “2021-ci ilin yekunlarına dair” keçirilən mətbuat konfransında Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib.

Onun sözlərinə görə, özəl pensiya fondlarının yaradılması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dünya praktikasını araşdırır: “Özəl pensiya fondları uzunmüddətli investisiya formasında fəaliyyət göstərəcək. Bu məsələ qiymətləndirilməlidir. Burada həssas yanaşmaq lazımdır. İlkin tələblər milli inkişaf prioritetlərinə daxil edilib”.

Himalay Məmişov bildirib ki, minimum pensiyanın məbləği qaldırılmayıb: “Biz fəaliyyət göstərdiyimiz dövrdə əmək haqqımız nə qədər yüksəkdirsə və hansı həcmdə sığorta ödənişləri etmişiksə, əmək pensiyasını da yüksək alacağıq.

Minimum əmək haqqı ilə əmək pensiyası arasında bağlılıq var. Bu balans qorunmaqla artım həyata keçirilir. 2025-ci ilə qədər əmək pensiyalarının artırılması ilə bağlı təkliflər təqdim olunacaq”.