Özlərini fəlakət qurbanı kimi təqdim edərək…backend

Özlərini fəlakət qurbanı kimi təqdim edərək…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Samsun Böyükşəhər Bələdiyyəsi Polis Şöbəsinin qrupları tərəfindən özlərini fəlakət qurbanı kimi təqdim edərək vətəndaşlardan pul və kömək tələb edən şəxslər müəyyən edilib.

NOCOMMENT xəbər verir ki, onların barələrində tədbir görülüb və topladıqları yardımlar müsadirə edilərək təbii fəlakət qurbanlarına çatdırılıb.

Samsun Böyükşəhər Bələdiyyəsi Polis Şöbəsinin qrupları bir müddət əvvəl özlərini zəlzələ qurbanı kimi təqdim edərək vətəndaşlardan pul və kömək tələb edən şəxslərə qarşı tədbir görüb. İddialara görə, vətəndaşların hisslərindən istifadə edərək, zəlzələ qurbanı kimi yardım toplayan 4 nəfər dərhal müəyyən edilərək barələrində tədbir görülüb.

Polis bununla bağlı vətəndaşlara xəbərdarlıq edib.