Özü ayrılsa da, qardaşı vəzifəsini davam etdirirbackend

Özü ayrılsa da, qardaşı vəzifəsini davam etdirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, bu ayın əvvəlində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsindən istefa verən Ramin Bayramlı dünən Azərbaycan Tibb Universitetindəki (ATU) işindən də ayrılıb.

NOCOMMENT.az xəbər verir ki, Qaynarinfo-ya Ramin Bayramlının bir qardaşının da fizika müəllimi olduğuna dair məlumat daxil olub. Məlum olub ki, atası müəllim olan Ramin Bayramlının qardaşı da müəllimdir.

Razim Baba oğlu Bayramlı hazırda Bakı Mühəndislik Universitetində (BMU) Fizika kafedrasının müdiri vəzifəsində çalışır. O, bu ilin iyun ayında bu vəzifəyə təyin olunub.

Razim Bayramlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika fakültəsini bitirib. Elə həmin ali məktəbin eyni ixtisası üzrə magistratura təhsilini də alıb. 2018-ci ilə kimi Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasına Fizika üzrə fəlsəfə doktoruna kimi yüksəlib.