Özümü qəhrəman kimi hiss edirəm – Duqinanın son sözləribackend

Özümü qəhrəman kimi hiss edirəm – Duqinanın son sözləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın paytaxtı Moskvada avtomobilinə qoyulan bombanın partlaması nəticəsində həyatını itirən jurnalist Darya Duqina dəfn olunub.

NOCOMMENT.az xəbər verir ki, dəfndən öncə onunla vida mərasimi keçirilib.

Mərasimdə çıxış edən politoloq Aleksandr Duqin qızı ilə son söhbəti haqda danışıb.

“Onunla festivalda sonuncu dəfə danışdıq. Mənə dedi ki, ata, özümü döyüşçü və qəhrəman kimi hiss edirəm. Xalqımın və ölkəmin yanında ol. Bu fikir onun üçün çox önəmli idi”, – Duqin bildirib.

Mərasimdə Rusiya Liberal Demokrat Partiyasının sədri Leonid Slutski, Dövlət Dumasının sədr müavini Sergey Neverov, rusiyalı senator Yelena Mizulina, Rusiya parlamentinin deputatları, Duqinanın ailəsi və dostları iştirak ediblər. Mərasimə Rusiya prezidenti Vladimir Putin, Rusiya hökumətinin nümayəndələri və bir çox vəzifəli şəxslər çələnglər göndərib.

Xatırladaq ki, avqustun 21-də Rusiyanın tanınmış ictimai-siyasi xadimi, politoloq Aleksandr Duqinin qızı Darya Duqina həlak olub. Hadisə Moskva vilayətində “Toyota Land Cruiser Prado” markalı avtomobilin partlaması nəticəsində baş verib. Avtomobilə quraşdırılan bombanın işə düşməsi 30 yaşlı Duqinanın həyatına son qoyub.

Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən ötən Darya Duqinanın qatilinin kimliyi açıqlanıb. Rəsmi məlumatda cinayətin Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanaraq həyata keçirildiyi bildirilib. İddia olunur ki, sui-qəsdi 1979-cu il təvəllüdlü Ukrayna vətəndaşı Natalya Pavel Vovk törədib.