“Özümüzü kəşf etməliyik” – Bayramovbackend

“Özümüzü kəşf etməliyik” – Bayramov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dərbəndin Kərkükün tarixinin yazılmasına ehtiyac var”.

NOCOMMENT.az xəbər verir ki, bunu “Türkiyədə çoxpartiyalı sistemin formalaşmasında iştirak etmiş Azərbaycanəsilli siyasətçilər” kitabının təqdimatında tədqiqatçı, jurnalist Qəzənfər Bayramov deyib.

O bildirib ki, adıçıkilən kitabın siyasi-sosial əhəmiyyəti vacibdir:

“Kitabın Azərbaycan – Türkiyə münasibətlərindən başqa həm də tarixi önəmi var. Buna Vətən konteksindən də baxmaq lazımdır. Vətəni geniş anlamda hiss etmək lazımdır. Baxın, Qızılbaşların beynində Vətən məfhumu İraqdan Dərbəndə, Anadoludan Əfqanıstana qədər idi. Hazırda bəzi ərazilər respublikamızın tərkibində olmasa da, həmin torpaqların da tarixini bilmək vacibdir. Dərbəndin, Kərkükün tarixinin yazılmasına ehtiyac var. Siyasi tarix baxımından XX ərsin birinci yarısı da bizim üçün olduqca önəmlidir. Həmin dövrlər də araşdırılmalıdır. Həmçinin Cümhuriyyət süqut etdikdən sonra Əhməd Bəy Ağaoğlu və bu qəbildən olan insanlar Türkiyədə qalıb ideoluq oldu, sözügedən siyasi həyatında aktiv iştirak etdilər. Rəsulzadə və digər mühacirlər isə mübarizəsini davam etdirdilər. Baxın, biz özümüzü kəşf etməliyik. Bu, bizim üçün son dərəcə vacibdir”.