Özünə ad günü şənliyi keçirən Nüşabə Musayeva CƏRİMƏLƏNDİbackend

Özünə ad günü şənliyi keçirən Nüşabə Musayeva CƏRİMƏLƏNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün sosial şəbəkələrdə xüsusi karantin rejiminin tələblərini pozaraq Sumqayıt şəhərindəki “Amore” restoranında müğənni Nüşabə Musayevanın özünə ad günü şənliyi keçirməsi barədə məlumat yayılıb.

NOCOMMENT-in xəbərinə görə, məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov qafqazinfo-ya açıqlama verib: “Aparılan araşdırmalarla qeyd olunan məlumat təsdiqini tapdığından İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq restoranın sahibi Oqtay Mirzəyev 3000 manat, müğənni Nüşabə Musayeva və onun ad günü şənliyində iştirak edənlərin hər biri 200 manat məbləğində cərimə ediliblər”.