Özünü DTX əməkdaşı kimi təqdim edən şəxs saxlanıldıbackend

Özünü DTX əməkdaşı kimi təqdim edən şəxs saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün öncə özünü DTX əməkdaşı kimi təqdim edərək sürücülərdən pul alan şəxs saxlanılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Avtomobil TV məlumat yayıb.

Məlumata görə, aparılan araşdırmalar zamanı həmin şəxsin Ruslan Qurbanov olduğu müəyyən edilib və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.

Məlum olub ki, R.Qurbanovun daha əvvəllər də müxtəlif maddələr üzrə məhkumluq həyatı yaşayıb.

Qeyd edək ki, R.Qurbanovun ziyan vurduğu şəxslər bu barədə hüquq-mühafizə orqanlarına məlumat verə bilərlər.