Özünü “Mehdi” kimi görən şəxs anasını 8 dəfə bıçaqladıbackend

Özünü “Mehdi” kimi görən şəxs anasını 8 dəfə bıçaqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Bolu şəhərinin Mudurnu rayonunda İbrahim Aykol anası Fatma Aykolu (56) bıçaqlayaraq yaralayıb. 

NOCOMMENT.az xəbər verir ki, “CNN”ə istinadla xəbər verir ki, iddianamədəki ifadəsində “Anamı buradan çıxan ilk an öldürəcəm” deyən İbrahim Aykol (33) 20 ilə qədər həbs tələbi ilə həbsdə olduğu işin ilk iclasında narkotikin təsirində olduğunu və heç nə xatırlamadığını bildirib.

Anası Fatma Aykol məhkəmədə oğlundan şikayətçi olmayıb. 

“Oğlum narkomandır və özünü Mehdi kimi görür. Mən duşda olarkən o, qapını döyərək dedi ki, səni öldürəcəm, kəsəcəm. Duşdan çıxanda televizorun yanında bıçaq var idi , götürüb mətbəxə apardım. O, mənə daim deyirdi ki, sən mənim anam deyilsən, sən şeytansan. Evdən çıxandan sonra yenidən qayıtdı. “Üzr istəyəcəm” dedi və qapını açdım. Sonra mətbəxə keçib, bıçağı götürüb, mənə hücum etdi, bıçaqladı. Bıçağı əlindən alıb pəncərədən bağçaya atdım. Bıçağı götürməyə gedəndə qaçdım”, – deyə anası bildirdi.