Özünü nazirlik işçisi kimi təqdim edənə hökm oxundubackend

Özünü nazirlik işçisi kimi təqdim edənə hökm oxundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özünü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) vəzifəli şəxsi kimi təqdim edərək vətəndaşların pullarını mənimsəyən İlyas Mikayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

NOCOMMENT xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən İ.Mikayılov 10 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İ.Mikayılov özünü ETSN-in əməkdaşı, həmçinin nazirliyin Xırdalan şöbəsinin müdiri kimi təqdim edərək insanları aldadıb və onlara qarşı külli miqdarda dələduzluq edib. Barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) cinayət işi başlanmışdı.