Özünü ölülüyə vurmaqla ayının pəncəsindən xilas oldu – FOTObackend

Özünü ölülüyə vurmaqla ayının pəncəsindən xilas oldu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada balıq tutmağa yollanan kişi ayının hücumuna məruz qalıb. O, özünü ölülüyə vurmaqla vəhşi heyvanın əlindən qurtula bilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” xəbər yayıb.

Məlumata görə, ayı əvvəlcə kişiyə pəncəsi ilə bərk vurub. Kişi huşunu itirib, bundan sonra vəhşi heyvan onun alnını parçalayıb, başının dərisini çıxarmağa çalışıb, sonra əlini-ayağını dişləyib. Ağrıdan ayılan kişi xilas ola bilməyəcəyini anlayaraq özünü ölülüyə vurub. Ayı sakitləşib və oradan uzaqlaşıb.

Bundan sonra kişi durub yaxınlıqdakı ilk xəstəxanaya müraciət edib. Onda ciddi travmalar müəyyən olunsa da, yaralarının ölümcül olmadığı deyilir.

Kişi bir daha balıq tutmağa getməyəcəyini, ehtiyac olarsa dükandan alacağını bildirib.