Özünü yandıran qazi dünyasını dəyişdibackend

Özünü yandıran qazi dünyasını dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özünü yandıraraq intihara cəhd edən qazi dünyasını dəyişib.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, bu barədə digər bir qazi Hacı Vəliyev özünün sosial şəbəkə hesabında paylaşım edib.

“Xəzər rayon Buzovna kənd bələdiyyəsinin özbaşınalığına etiraz olaraq özünü yandıran qazi Rüstəmov Elnur bu dəqiqələrdə dünyasını dəyişdi.

Bu hadisəyə görə kimsə məsuliyyətə cəlb olunacaq? Xeyr, gözləntimiz yoxdur!”, – deyə o, paylaşımında bildirib.

Qeyd edək ki, sentyabrın 12-də sosial şəbəkələrdə Vətən müharibəsi qazisi E.Rüstəmovun Xəzər rayon Buzovna kəndinin bələdiyyəsinin özbaşınalığına etiraz olaraq özünü yandırması ilə bağlı məlumat yayılmışdı. Onun ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi bildirilirdi.