Özünü yandıran qazinin SON DURUMUbackend

Özünü yandıran qazinin SON DURUMU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

44 günlük Vətən müharibəsinin iştirakçısı olmuş qazi Təbriz Abdullayevin vəziyyəti ağır stabildir.

NOCOMMENT xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) modern-in sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, qazinin müalicəsi Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinin Reanimasiya şöbəsində aparılır.

Xatırladaq ki, avqustun 18-də səhər saat 11:00 radələrində Qarabağ qazisi Təbriz Abdullayev Samux rayon İcra Hakimiyyətinin binası qarşısında üstünə benzin tökərək özünü yandırıb.

Təbriz Abdullayevin yaxınlarının bildirdiyinə görə, o, sosial problemlər və müvafiq dövlət orqanlarının onun durumuna laqeyd münasibətinə etiraz olaraq intihara əl atıb.

1989-cu il təvəllüdlü Təbriz Abdullayevin sifətinin və bədəninin böyük hissəsinin yandığı açıqlanıb.

Samux Rayon İcra Hakimiyyətinin inzibati binasının önündə özünü yandıraraq intihara cəhd etməsi faktı ilə bağlı Samux rayon prokurorluğunda araşdırma aparılır.