PA-nın rəhbər şəxsləri bir aylıq əməkhaqlarını Silahlı Qüvvələrə Yardım Fonduna köçürüblərbackend

PA-nın rəhbər şəxsləri bir aylıq əməkhaqlarını Silahlı Qüvvələrə Yardım Fonduna köçürüblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezidentinin Administrasiyasının rəhbər şəxsləri bir aylıq əməkhaqqı məbləğində vəsaiti Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər.

NOCOMMENT.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Administrasiyanın, İşlər İdarəsinin və Birinci vitse-prezidentin katibliyinin rəhbər şəxsləri bir aylıq əməkhaqqı məbləğində vəsaiti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna köçürüblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu 2002-ci ildən yaradılıb.

Fonda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə Azərbaycan ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər könüllü ödəmələr həyata keçirə bilər.