PA rəsmisi: Bu hücumlar cavabsız qalmır və adekvat cavabını alırbackend

PA rəsmisi: Bu hücumlar cavabsız qalmır və adekvat cavabını alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan hərbi-siyasi rəhbərliyi Azərbaycana qarşı cinayət törətməkdə davam edir. Bu gün Ermənistan yenə Azərbaycanın mülki obyektlərini ağır artilleriyadan, raketlərdən, o cümlədən “smerç” raketlərindən atəşə tutub.

NOCOMMENT.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev qeyd edib ki, mülki insanlar arasında yaralananlar və həlak olanlar var. O vurğulayıb ki, Ermənistan tərəfindən mülki əhalinin və obyektlərinin hədəfə alınması məqsədyönlü şəkildə həyata keçirilir. H.Hacıyev vurğulayıb ki, son günlər ərzində Ermənistan tərəfinin bu xain hərəkəti nəticəsində mülki obyektlərə 10 mindən artıq raket atılıb.

Bu onu göstərir ki, Ermənistan terrorçu dövlətdir, faşizm xisləti daşıyır. Bu hücumlar cavabsız qalmır və adekvat cavabını alır. Trend.