Pakistan BMT-ni İsrailin “macəraçılığına mane olmağa” çağırıbbackend

Pakistan BMT-ni İsrailin “macəraçılığına mane olmağa” çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistan Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasını İsrailin “macəraçılığından” çəkindirməyə çağırıb.

NOCOMMENT.az xəbər verir ki, bu bəyanat İsrail ordusunun Suriyadakı İran konsulluğuna hücumundan sonra verilib.

Aprelin 1-də axşam saatlarında İsrail Hərbi Hava Qüvvələri İranın Dəməşqdəki konsulluğuna hücum edib.

“Pakistan İranın Suriyanın Dəməşq şəhərindəki səfirliyinin konsulluğuna hücumu qətiyyətlə pisləyir… Biz BMT Təhlükəsizlik Şurasını İsrailin bölgədəki avantürizminin və qonşularına hücum və xarici diplomatik obyektlərə hücumlar kimi qanunsuz hərəkətlərinin qarşısını almağa çağırırıq. ”, – Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir