Pakistan Danimarkanı şiddətlə qınadıbackend

Pakistan Danimarkanı şiddətlə qınadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistan Xarici İşlər Nazirliyi Danimarkada Qurana hücumu kəskin şəkildə pisləyib və bunu “alçaqcasına” bir hərəkət olduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasında bu alçaq və düşünülmüş hərəkətlərin təkrarlanması müsəlmanlara və onların inanclarına qarşı artan nifrət və irqçiliyin narahatedici təzahürü olduğu bildirilib.

Açıqlamada hücum şiddətlə qınanılaraq ifadə azadlığının hər hansı müqəddəs kitabı və ya şəxsi qəsdən ləkələmək üçün maska ​​kimi istifadə edilə bilməyəcəyi qeyd edilib.

Qeyd edək ki, Martın 24-də Danimarkada Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında türk bayrağı və Qurani-Kərimə hücum edilib.

NOCOMMENT.AZ